"Lion"un ulduzu Bundesliqa klubu ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, Gift Orban "Hoffenhaym" ilə anlaşıb. Bu barədə "L'Equipe" məlumat yayıb.

Nigeriyalı oyunçunun keçidinin 12 milyon avroya baş tutacağı qeyd olunub.

Həmçinin 2029-cu ilə qədər müqavilə bağlanacağı gözlənilir.