Leroy Sane karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, almaniyalı vingerlə "Qalatasaray" maraqlanır.

Məlumatı "Sky Sport" yayıb. "Bayern" Sanenin performansından narazıdır. Futbolçu mövsümün sonuna kimi işləri qaydasına salmasa, Münhen təmsilçisi onunla yolları ayıracaq.

Məlumatda qeyd olunur ki, İstanbul klubu indidən almaniyalını transfer etmək üçün danışıqlara başlayıb. 

Qeyd edək ki, Sane bu mövsüm 19 matçda meydana çıxıb. Bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə edib.