Premyer Liqanın ilk yarısında istədiyi kimi çıxış etməyən "Neftçi" qış fasiləsində güclənmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bu səbəbdən də paytaxt təmsilçisi çempionatda çıxış edən bəzi futbolçularla təmasa keçib. Bunlardan biri "Sabah"ın üzvü Sofian Şakladır. Flaqman rəsmiləri mərakeşli müdafiəçi ilə danışıqlara başlayıb.

Bu mövsüm "bayquşlar"ın heyətində kifayət qədər forma şansı əldə edə bilməyən 31 yaşlı futbolçu özü də "Neftçi"yə keçməyə razıdır.

Qeyd edək ki, Şaklanın "Sabah"la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.