"Barselona" ötən yay transfer etdiyi oyunçuları yenə qeydiyyatdan keçirə bilməyib.

Offsideplus.az xəbər verir ki, La Liqa və İspaniya Futbol Federasiyası "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktoru qeydiyyata alınması üçün müraciətlərə neqativ cavab verib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

"Barselona" işi məhkəməyə aparacaq.