"Milan" mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "rossonerilər" "Torino"nun oyunçusunu heyətinə cəlb etmək istəyir. Bu barədə Fabrizio Romano məlumat yayıb.
"Milan" Turin təmsilçisinin formasını geyinən Samuel Ricci ilə danışıqlar aparır.
23 yaşlı oyunçu bir müddət öncə "Torino" ilə müqaviləsini yeniləyib.