Xoakin Korrea karyerasını Türkiyədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı qardaş ölkə mətbuatı yayıb. 

Argentinalı pleymeyker agentlər tərəfindən "Qalatasaray"a təklif olunub. 30 yaşlı futbolçunun mövsümün sonunda "İnter"lə mövsümün sonu müqaviləsi başa çatır. Milan təmsilçisində əsas heyət üzvü olmayan yarımmüdafiəçi "Qalatasaray"a gəlməyi qəbul edib. 

Qeyd edək ki, Xoakin bu mövsüm "İnter"in heyətində 5 matça çıxıb. Bu görüşlərdə 1 qol vurub, 2 məhsuldar ötürmə edib.