Ötən mövsüm "Qalatasaray"da çıxış edən "Real Betis"in futbolçusu Sedrik Bakambu üçün şok qərar verilib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Manuel Pelleqrini oyunçunun komandadan ayrılmasını istəyib. Bu barədə "Todofichajes" məlumat yayıb. 

Qərara səbəb kimi Bakambunun gözləntiləri doğrultmaması olub.

Qeyd edək ki, Sedrik 2024/25 mövsümündə komandası ilə meydana çıxdığı 18 oyunda 2 qola, 1 məhsuldar ötürməyə imza atıb.