Robert Levandovski "Barselona"ya xəbərdarlıq edib.
Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, polşalı hücumçu Kataloniya klubuna şərt qoyub. Belə ki, klub yayda başqa bir hücumçu transfer etsə, Levandovski komandadan gedəcək.
Qeyd edək ki, 2022-ci ildən "Barselona"nın formasını geyinən Robertin klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.