Ulduz futbolçu üçün "Beşiktaş"ın qapısını "döydülər".

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Əl-Fateh" Mohamed Əl-Musrati üçün "qartallar"la danışıqlar aparır. Bu barədə "beinsports" məlumat yayıb.

Futbolçunun icarə əsasında keçidinin baş tutacağı gözlənilir. "Əl-Fateh" liqada qalarsa, 10 milyon avroya transferinə razılıq veriləcək.

Qeyd edək ki, 28 yaşlı oyunçu 2024/25 mövsümündə İstanbul nəhənginin heyətində meydana çıxdığı 19 oyunda 2 qola imza atıb.

Onun "ağ-qaralar" ilə 2027-ci ilə qədər müqaviləsi var.