"Qalatasaray" heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, söhbət Randal Kolo Muanidən gedir.
İstanbul təmsilçisi forvardı PSJ-dən icarə əsasında transfer etmək istəyir. Paris klubu oyunçunun 6 ay ərzində 4 milyon avro dəyərində maaşının "Qalatasaray"ın ödəməsini istəyir. Türklər bu məbləğin aşağı salınmasına çalışır.
Qeyd edək ki, Kolo Muaninin PSJ ilə 2028-ci ilə qədər müqaviləsi var.