"Liverpul"un futbolçusu Trent Aleksander-Arnold Fransanın "Nant" klubunu almaq istəyir. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. 

Müdafiəçinin atası Maykl oğlunun yatırımlarını həyata keçirir. O, "Sent-Etyen" və "Havr" klubları ilə maraqlansa da, daha sonra fikrini "Nant"a dəyişib. 

Fransa klubunun rəhbərliyi iddianı inkar edib. Trent Fransanın "Formula 1" üzrə "Alpine" komandasında pay sahibidir.