"Fənərbağça" ulduz futbolçusunun xidmətində maraqlı olan "Əl-Nəsr"dən rekord məbləğ tələb edib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi En-Nesrinin transferi üçün "sarı-lacivərtlilər"ə 25 milyon avro və növbəti satışdan 15% pay təklif edib. Lakin İstanbul nəhəngi razılaşmayıb. Bu barədə "Africa Foot United" məlumat yayıb.

Ali Koçun "Əl-Nəsr"dən 15% məsələsinin qalması şərti ilə 38 milyon tələb etdiyi və qarşı tərəfin düşünmək üçün zaman istədiyi qeyd olunub. 

Xatırladaq ki, mərakeşli oyunçunun transferi baş tutarsa, Super Liqanın ən bahalı ayrılığı gerçəkləşəcək. Hələ ki, rekord 30 milyon avro ilə ayrılan Ferdi Kadıoğlu və Saşa Boedədir.