Yüngül ağır çəkidə hazırkı UFC çempionu (93 kq-a qədər) Aleks Pereyra maraqlı paylaşımı ilə gündəmi zəbt edib.
Offsideplus.az xəbər verir ki, braziliyalı öz sosial şəbəkə hesabından Con Consun birinci yerdə olmasını əks etdirən foto yayınlayaraq bunları söyləyib:
"Yalnız bu halda razı qalacağam".
Qeyd edək ki, Con Consun 37 yaşı var. Amerikalı UFC-də debütünü 2008-ci ildə edib və karyerası ərzində 15 titul döyüşü keçirib. Cons tarixdə ən gənc UFC çempionudur (32 yaş).