"Qarabağ"ın futbolçusu uzun müddətə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "Report.az" məlumat yayıb.

Müdafiəçi Millətlər Liqası çərçivəsində millimizin İsveçə qarşı oyunu zamanı topuğundan zədə alıb. 

Qeyd edək ki, Bədavini qarşılaşmanın 46-cı dəqiqəsində Zamiq Əliyev əvəzləmişdi.