Fransa Liqa 1-də çıxış edən ulduz futbolçu uğrunda 3 klub mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, "Lill"də forma geyinən Conatan Deyvid ilə 2 La Liqa, 1 Bundesliqa təmsilçisi maraqlanır. Bu barədə "Foot Mercato" məlumat yayıb.
İspaniyadan "Barselona" və "Atletiko", Almaniyadan isə "Bayern" kanadalını heyətində görmək istəyir.
Qeyd edək ki, 2024/25 mövsümündə 19 matçda meydana çıxan oyunçu 13 qola və 2 məhsuldar ötürməyə imza atıb.