PSJ-nin forvardı Randal Kolo Muani klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb. Fransalı futbolçu bunları söyləyib:
"Heç vaxt PSJ-dən bu qış getmək fikrində olmamışam. Öz üzərimdə işləməyə davam etməliyəm. Bütün gücümü meydanda qoymalıyam ki, baş məşqçimiz Luis Enrike mənə etibar etsin".
Qeyd edək ki, Kolo Muani 2023-cü ilin yayından PSJ-nin şərəfini qoruyur.