"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Lion" borcları səbəbilə aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir.
Offsideplus.az xəbər verir ki, klub maliyyə böhranına görə 6 oyunçusu ilə qış fasiləsində yollarını ayırmağı planlaşdırır. Bu barədə "L'Equipe" məlumat yayıb.
Fransa təmsilçisi Vilfred Zaha, Said Benrahma, Gif Orban, Meksens Kaqueret, Ernest Namah və Sael Kumbedi ilə vidalaşaraq gəlir əldə etmək niyyətindədir.