İtaliya klubu verdiyi çox nadir qərarla futbol azarkeşlərini təəccübləndirib.

Offsideplus.az xəbər verir ki, Seriya D komandalarından olan "Piasenza" bir gündə iki baş məşqçi dəyişib. 

Klubda əvvəlcə baş məşqçi Karmine Parlatonun və idman direktoru Alessio Sestunun işdən azad edildiyi açıqlanıb. Ardınca rəhbərlik Simyone Bentivoqliyonu komandanın "sükanı arxası"na gətirib. Ancaq bu addım azarkeşlərin böyük narazılığına səbəb olub. 

Simyone 2011-ci ildə oyun alqı-satqısında adı hallanan şəxslərdən biri olub. Fanatlar da buna görə kluba təyinatla bağlı təzyiqlər göstərib. Nəticədə rəhbərlik Bentivaqliyonu komandadan göndərib.

Eyni gündə yekun olaraq yeni baş məşqçi Stefano Rossini təyin olunub.