"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın gənc hücumçusu Endrik barədə fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı "Endrik təvazökar və sakit xarakterlidir. O, çox çalışır və növbəti oyunlardan birində start heyətində yer alacaq. Onun şübhəsiz böyük gələcəyi var", - deyə bildirib.

Qeyd edək ki, klub futbolçu üçün 72 milyon avro ödəyib.