UEFA "Qalatasaray"ın qolkiperi Fernando Musleraya cəza verib.
Offsideplus.az xəbər verir ki, "Yanq Boys"la oyunda rəqib futbolçuya təpik atan kapitan 3 oyunu buraxacaq.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Qalatasaray"ın Avropa Liqasında ilk 3 oyunu PAOK, RFS,"Elfsburq"a qarşı olacaq. Növbəti oyun isə noyabrın 7-də "Tottenhem"ə qarşıdır.