"Quba" basketbol klubu növbəti transferi reallaşdırıb.
Offsideplus.az verir ki, bölgə təmsilçisinin üçüncü transferi də ABŞ-dan olub. Belə ki, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi kollektiv Simeon Jozef Kirklandla anlaşıb. O, bu mövsümü "Quba"da keçirəcək. 1998-ci il təvəllüdlü basketbolçu artıq komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Kirkland karyerası ərzində "Southwestern" kolleci, "Alabama-Birmingham" universitet, həmçinin "İverioni"(Gürcüstan) və "Primorye"(Monteneqro) klublarında oynayıb.