UEFA-nın avrokuboklara bağlı bəzi qərarlarını Avropada etirazla qarşılanıb.

Offsideplus.az xəbər verir ki, qurum Çempionlar Liqası oyunlarına 50, Avropa Liqası matçlarına 33,70, Konfrans Liqası qarşılaşmalarına isə qonaq komanda azarkeşləri üçün biletlərin maksimum qiymətinin 16,85 funt-sterlinq təşkil etməli olduğunu düşünür.

Lakin "Tottenhem" bu məsələdə məhdudiyyət qoyulmasını istəmir. Məlumatı Britaniya mediası yayıb. Avropa Liqasında "Qarabağ"a rəqib olan londonlular məsələ ilə bağlı UEFA-ya rəsmi müraciət ediblər.