Dünyada məşhur olan "Football Meets Data” səhifəsi Avropa Liqasının 2024/25 mövsümünü təhlil edib.

Offsideplus.az xəbər verir ki, şirkət Liqa mərhələsində yarışan 36 komandanın pley-off, 1/8 final və 1/4 finala çıxmaq şansları dəyərləndilib.

Təhlilçilərin fikrincə, Azərbaycan çempionu “Qarabağ” 36 komanda arasında 23-cü olacaq. Bununla da "köhlən atlar" pley-offa vəsiqə qazanacaq. Şirkət bu hadisənin baş vermə ehtimalını 63 faiz olaraq göstərib. 

Qeyd edək ki, "Football Meets Data" Türkiyə çempionu "Qalatasaray"ı ümumi sıralamada 2-ci, "Fənərbağça"nı 17-ci, "Beşiktaş"ı isə 31-ci olaraq göstərib.