Ukraynanın "Vorskla" klubunun futbolçusu Vladislav Kulaç Bakıda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin III tur matçından sonra "Futbol" telekanalına açıqlamaverib.
Offsideplus.az xəbər verir ki, yeganə qolun müəllifi Azərbaycan təmsilçisinin qapıçısı Vaqnerin kobud səhvə yol verməsi ilə nəticələnən zərbəsinin qüvvətli olduğunu bildirib: "Qapıçının köməyi olmasaydı belə, top çərçivəyə istiqamətlənmişdi. Qapıçının səhvə yol verməsi yaxşı oldu. Sevinirik ki, hər şey bizim üçün belə alındı və qalib gəldik. Bu görüşdə bizim üçün ən vacibi nəticə idi. Baş məşqçimiz demişdi ki, qapıya zərbələr endirim. Yaxşı haldır ki, qol alındı".
Qeyd edək ki, Vyaçeslav Kulaç "Vorskla"nın qələbə topunu 48-ci dəqiqədə vurub.