Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində keçiriləcək Qarabağ - Vorskla oyununa cəmi 18 min bilet satılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Qarabağ Futbol Klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. Onun sözlərinə görə, həmin biletlərin 200-ü Vorskla klubunun azarkeşlərinə satılıb: "17 min 800 bilet isə yerli azarkeşlər tərəfindən alınıb".
Qeyd edək ki, Qarabağ - Vorskla qarşılaşması oktyabrın 25-də saat 20:55-də başlayacaq.
Biletlərin qiyməti 2,4,8, 10 və 50 AZN (VİP) arasında dəyişir.