Avropa Liqasının əsas mərhələsinin VI turunda bu gün "Qarabağ" "Elfsborq"un qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisini gərgin və vacib oyun gözləyir. Görəsən, "köhlən atlar" bu qarşılaşmada qələbə qazana biləcək? Sualımızı veteran futbolçu Elvin Məmmədova ünvanladıq. Yığmamızın sabiq üzvü görüş barəsində bunları söylədi:

"Ümid edirəm ki, "Qarabağ" səfərdən xalla qayıdacaq. Çünki Ağdam təmsilçisi buna qadir olan komandadır. "Qarabağ" səfərdə bütün rəqiblərə başağrısı olur. Müdafiə fonunda hansısa çatışmazlıqlar olacaq. Lakin "Qarabağ"da oynayan futbolçular həmişə bir-birini layiqincə əvəz edir. İnanıram ki, komandamız ən azı 1 xalla vətənə qayıdacaq. Amma qələbəyə daha çox ümid edirəm. Ağdamlılar Avropa Liqası matçlarında rəqibdən çəkinməyib. Düzdür, uduzduğu oyunlar da olub. Amma bu görüşlərdə belə daha yaxşı oyun sərgiləyib. Bu rəqib "Qarabağ"a uyğundur. İnşallah, qələbə qazanaraq xalqımızı sevindirərlər".