Ukraynanın Vorskla klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti ev oyununda qarşılaşacağı Qarabağ-la görüşün biletlərini satışa çıxarıb. 

Offsidpllus.az xəbər verir ki, noyabrın 8-də Poltavada Aleksey Butovski adına şəhər stadionunda Bakı vaxtilə saat 23:00-da start götürəcək görüşə biletlərin qiyməti 300 qriven təşkil edir.