"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Elfsborq" İsveç çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda "Haken"i qəbul edib. Görüş meydan sahiblərinin "5-1" hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" "Elfsborq" ilə dekabrın 13-ü Bakıda qarşılaşacaq.