UEFA-nın rəsmi saytı "Elfsborq" – "Qarabağ" matçı ilə bağlı azarkeşlər arasında rəy sorğusu aparır.

Offsideplus.az xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək bu matça böyük diqqət var.

UEFA-nın keçirdiyi səsvermənin nəticələrinə görə, iştirak edənlərin yalnız 2 faizi matçın heç-heçə başa çatacağına inanır. Sorğuya qatılanların 14 faizi İsveç təmsilçisi "Elfsborq"un qələbəsini proqnozlaşdırdığı halda, 84 faizi isə Azərbaycan çempionu "Qarabağ"ın qalibiyyəti barədə düşünür.

Qeyd edək ki, oyun 13 dekabr 2024-cü il tarixində, Bakı vaxtı ilə saat 00:00-da İsveçin "Boros Arena"sında keçiriləcək.