Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın Vorskla klubunun futbolçusu Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçinin meydanlara qayıdacağı tarix sağalma prosesindən asılı olaraq 6-8 həftə çəkə bilər. Belə olacağı halda, Kobaxidze Vorskla-nın Qarabağ-a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.

Ukrayna təmsilçisinin 29 yaşlı futbolçusu Denis Vasin isə zədəsini sağaldıb. Ukraynalı forvard məşqlərə başlamaq üçün həkimlərin icazəsini gözləyir.

Qeyd edəkl ki, Qarabağ və Vorskla arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Ukraynanın Poltava şəhərində təşkil olunacaq. (Report)