FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, referi Avropa çempionatının 17 yaşadək futbolçulardan ibarət komandalar arasında seçmə mərhələsinin 10-cu qrupunun oyunlarına vəzifə alıb.

O, oktyabrın 23-də İsveçrə – Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə – Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim funksiyasını yerinə yetirəcək.