Sabah Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ" "Malmö" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu gün oyundan öncə Qurban Qurbanovun mətbuat konfransı keçirildi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Vacib oyuna çıxırıq. Azarkeşlərimiz önündə ilk qarşılaşmamızdır. Özünəməxsus oyun tərzi olan komanda ilə qarşılaşacağıq. Hazırlığımız pis getmir. Çalışacağıq ki, yaxşı oyun sərgiləyərək sərfəli nəticə əldə edək".