Bu gün saat 15:00-da UEFA Avropa Liqasının liqa mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın da rəqiblərinin müəyyənləşəcəyi püşk super-kompüter tərəfindən atılacaq. Ağdam təmsilçisi 3-cü səbətdə yer alıb.
Super-kompüter 1-ci səbətdəki komandalara sıra ilə rəqiblər seçəcək və hər komandanın 4 ev, 4 səfər oyunu oynayacağı rəqibləri müəyyənləşəndən sonra eyni qayda ilə növbəti səbətdəki komandalara keçəcək.
Liqa mərhələsini ilk 8 yerdə başa vuran komanda 1/8 finala vəsiqə əldə edəcək. 9-24 yerlərdə qərarlaşan komandalar pley-offda çıxış edəcək. Pley-offda liqanı 9-16 və 17-24 yerlərdə bitirən komandalar üz-üzə gələcək. 24-cü pillədən aşağıda qərarlaşan komandalar isə Avropa Liqası ilə vidalaşacaq.
1-ci səbət:
"Roma", "Mançester Yunayted", "Portu", "Ayaks", "Reyncers", "Ayntraxt", "Latsio", "Tottenhem", "Slavia" (Praqa).
2-ci səbət:
"Real Sosyedad", "AZ Alkmaar", "Braqa", "Olimpiakos", "Lion", PAOK, "Fənərbağça", "Makkabi" (Təl-Əviv), "Ferentsvaroş".
3-cü səbət:
"Qarabağ", "Qalatasaray", "Viktoriya", "Boqo Qlimt", "Yunion", "Dinamo" (Kiyev), "Ludoqorets", "Midtüllan", "Malmö".
4-cü səbət:
"Atletik", "Hoffenhaym", "Nitsa", "Anderlext", "Tvente", "Beşiktaş", RFŞ (Latviya), FKSB, "Elfsburq".