Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Qarabağ-ın qonağı olacaq Arsenal əsas qapıçı Peter Çexin yoxluğunda 3-cü qapıçı ilə meydana çıxa bilər.

Offsideplus.az xəbər verir ki, London klubunun baş məşqçisi Unay Emeri argentinalı qolkiper Damian Martinesin xidmətindən yararlanmaq fikrindədir.

Avroliqanın ilk turunda Vorskla ilə keçirilən görüşdə çərçivəni 2-ci qapıçı Bernd Leno qoruyub. Çexin zədələnməsindən sonra Emeri Lenonu Premyer Liqada əsas qapıçı kimi istifadə etməyi qərara alıb. İngiltərə mətbuatı Damian Martinesə Avroliqa oyununda şans veriləcəyini yazıb.

Qarabağ - Arsenal oyunu oktyabrın 4-də keçiriləcək.