Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasına bilet satışı davam edir.

Offsideplus.az xəbər verir ki, bu günə qədər matça 3300 bilet satılıb. Bu barədə klubun saytı məlumat yayıb. 

25 iyul Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçın biletlərini iTicket.az saytından və 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən əldə etmək mümkündür.

Bildirilir ki, klubdan aasılı olmayan bəzi texniki səbəblərə görə stadionun kassasından satış 22 iyuldan etibarən başlayacaq.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.