"Zirə"nin Avropa Liqasındakı rəqibi "Şerif" "Qəbələ"nin sabiq futbolçusu Əyyub Allaşı transfer edib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Moldova klubu ilə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Allaş 2023-2024-cü illərdə "Qəbələ"nin heyətində 56 oyuna çıxıb, 10 qol və 10 assistə imza atıb.
Xatırladaq ki, "Şerif" 11 iyulda Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Zirə"ni qəbul edəcək. Cavab oyunu 1 həftə sonra Bakıda baş tutacaq.