Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Offsideplus.az UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər siyahısında "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın hücumçusu  Pyer-Emerik Obameyanq, Ever Baneqa ("Sevilya"), Kay Havertz ("Bayer" Leverkuzen) və İzet Hayroviç ("Dinamo" Zaqreb) alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.