Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Braqa" - "Qarabağ" matçını idarə edəcək hakimlər məlum olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı danimarkalı referilər idarə edəcək.

Baş hakim Morten Kroq olacaq. Ona Vollenberg Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.

Qarşılaşma fevralın 15-də, saat 00:00-da start götürəcək.