UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" bu gün V tur matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 00:00-da Norveçdə "Molde"nin qonağı olacaq. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.

Qrupun digər matçında Almaniyanın "Bayer 04" klubu İsveçdə "Hakken"in qonağı olacaq. 

UEFA Avropa Liqası, H qrupuV tur

00:00. "Molde" - "Qarabağ" 2:2

Qollar: Olavio Juninyo, 11 (0:1), Kristian Eriksen, 83 (1:1), 88 (2:1), Bəhlul Mustafazadə, 90+5 (2:2)