UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la heç-heçə edən "Qarabağ" Azərbaycanın UEFA reytinqində xalını artırıb.

Offsideplus.az xəbər verir ki, ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın xal sayı 16,125-ə çatıb. Lakin cədvəldəki mövqeyimiz dəyişməyib - 29-cu yer.

Qeyd edək ki, 28-ci yerdəki Polşanın 18,250 xalı var.