UEFA Avropa Liqasının qrup mərhələsinin son turu üzrə “Qarabağ” – “Frayburq” qarşılaşmasında qonaq azarkeşlər də iştirak edəcəklər.

Offsideplus.az Frayburq”un mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matç üçün Bakıya 600 almaniyalı futbolsevər gələcək.

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də saat 21:45-də start götürəcək.