"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq Kriştiano Ronaldo barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, Ten Haq "Everton"la oyunda (2:1) fərqlənərək klublar üzrə 700-cü qolunu vuran portuqaliyalı ulduz barədə bu sözləri deyib:

"Kriştianonu dəstəklədiyimi bildirmək istəyirəm. Onun ən yaxşı oyununu ortaya qoymasını istərdim. Hazırda daha yaxşı formadadır, bundan çox məmnunam".

Qeyd edək ki, "Mançester Yunayted" sabah UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Omoniya" ilə üzləşəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.