"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Olimpiakos"la keçirəcəyi matça artıq 29 min bilet satılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, sabahdan etibarən son 2 min bilet də satışa olacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Bilt satışı 3 gündür davam edir. 29-38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan almaq mümkündür

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək),

Qeyd edək ki, oktyabrın 13-ü keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.