"Qarabağ"ın futbolçusu Kadi Borges UEFA UEFA Avropa Liqasının qrup mərhələsinin II turu üzrə "Nant"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu sözləri deyib:
"Cəbhədə həyatını itirənlərə başsağlığı verirəm. Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim. Oyuna gəlincə, bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik".
Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də saat 20:45-də başlayacaq.