"Nant" klubu Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Fransa klubunun siyahısında 24 futbolçu yer alıb.

"Qarabağ"la eyni qrupda yer alan komanda erməni əsilli oyunçusu Qor Manvelyanı sözügedən oyunlar üçün sifariş etməyib.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto (hər ikisi Braziliya), 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 23. Robin Vuazin, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 93. Şarl Traore

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya (İspaniya), 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 20. Loann Duse

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo (Kamerun), 27. Moyzes Simon (Nigeriya), Mustafa Məhəmməd (Misir), Abdul-Kader Bamba

Qeyd edək ki, "Qarabağ" və "Nant" arasında ilk oyun sentyabrın 15-də Bakıda, ikinci görüş isə oktyabrın 27-də səfərdə oynanılacaq.