“Mançester Yunayted” UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında İspaniyanın “Qranada” klubunu məğlub edib.

Offsideplus.az xəbər verir ki, 2:0 hesabı ilə bitən qarşılaşmada ilk qolu vuran Markus Reşford rekorda imza atıb.

Gənc hücumçu bu mövsüm avrokuboklarda vurduğu qolların sayını 8-ə çatdırıb. Reşford “Mançester Yunayted”in heyətində avrokuboklarda bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna şərik olub. O, bu göstəricidə “qırmızı şeytanlar”ın sabiq futbolçusu Kriştiano Ronaldoya çatıb.