Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu ada Leverkuzen "Bayer"inin hücumçusu Leon Beyli layiq görülüb. Yamaykalı forvard evdə Çexiyanın "Slaviya" klubuna 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
Qeyd edək ki, həftənin ən yaxşısı adına “Hoffenhaym”lı Maksimilian Beyer, Moskva ÇSKA-sından Ali Soye və İngiltərə "Tottenhem"indən Covani Lo Çelso da namizəd idi.