"Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri oyunla bağlı danışıb.
Klub rəsmisi bu gün iki qardaş ölkənin komandalarının qarşılaşacağını bildirib: "Sivasspor"la oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Yaxşı matç olacağına ümid edirəm. Stadionda çox gözəl ab-havanın olacağına inanıram. Hər bir halda qarşılaşmaya 3 xal qazanmaq üçün çıxacağıq".
Çelikel komandanın IV turda "Sivasspor"la ev matçının hansı ölkədə keçirilməsi barədə qərarın hələ verilmədiyini söyləyib: "Ev oyunlarımızı da səfərdə keçiririk. Bu isə komandaya əlavə yorğunluq gətirir".
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. (Report)