UEFA Avropa Liqasının qrup mərhələsində II turunda E qrupunda keçirilən "Omoniya" (Kipr) – PSV (Niderland) (1-2) qarşılaşması əlamətdar hadisə ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Jordi Qomes 56 metrlik məsafədən topu rəqib qapısından keçirib. Bu, turnirin tarixində ən uzaq məsafədən vurulan qol olub.
Qeyd edək ki, əvvəlki rekord Şotlandiyanın "Reyncers" klubunun oyunçusu Kemar Rufun rekordunu (50 metr) üstələyib.