"Keşlə" klubunun yeni baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının l təsnifat mərhələsində sabah "Laçi" ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının üzvü Aleksandr Kristovaonun ona əsəbiləşməsi barədə sualı cavablandırıb.
Hüseynov belə bir halın olmadığını bildirib:
"Deyirlər ki, guya o, mənə əsəbləşib. Amma heç bir futbolçu mənə əsəbiləşə bilməz. Mənim xasiyyətim buna imkan vermir. Əvəzlədiyim oyunçu əsəbləşə bilməz".